Azərbaycanda fəaliyyət gösətrən “Bolt” taksi şirkətindən narazılıq yaranıb. Buna səbəb isə tariflərlə bağlı ziddiyyətin ortaya çıxmasıdır. Müştərilər onların qiymətdə 1-2 manat fərqlə aldadıldıqlarını qeyd edirlər.
Bildirilir ki, müştəri sifariş verəndə 5 manat göstərirsə, taksiyə oturanda sürücü 7 manat olduğunu məlumat verir. Müştərilər bildirir ki, son günlər belə hallar çoxalıb. Amma səbəbin nə olduğu izah edilmir. Müştərilər bunu şirkətin fırıldağı kimi qəbul edirlər. Sürücülər də etiraf edirlər ki, “Bolt” belə problemlər yaşadır və nəticədə şoferlə müştəri üz-göz olur.
Ümumiyyətlə, Bakıda taksilərdə gediş-gəlişin qiyməti artsa da, keyfiyyəti dəyişməz olaraq qalır. Ötən ayla müqayisədə qısa məsafə üçün iki-üç manat tələb olunurdusa, indi eyni məsafəyə görə ikiqat ödəniş tələb edilir. Lakin problemlər bununla bitmir, bəzən sürtücülər kartla edilmiş sifarişləri ləğv edir, bəzənsə tətbiqdə yeni avtomolibilin gələcəyi göstərilsə də, göndərilən avtomobil köhnə model olur.
«Bolt» xidmətinin Azərbaycandakı fəaliyyəti 2017-ci ildən başlanıb. Hazırda «Bolt» Azərbaycanda 11 şəhərdə fəaliyyət göstərir: Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Quba və Lənkəran.
«Bolt»la çoxlu sayda sürücü əməkdaşlıq edir, amma onlar «Bolt»un işçiləri deyil. Aktiv sürücülərin dəqiq sayını demək mümkün deyil, çünki onların bir hissəsi daimi işlədiyi halda, bir çoxu öz «Bolt» hesabından hərdənbir işləmək üçün istifadə edir./Tribunainfo.az
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir