Daxili İşlər Nazirliyi (DİN) Bakıda rejissor Elvin Adıgözəlovun xəsarət alması ilə nəticələnən hadisə barəsində məlumat yayıb.
BUTA.TV xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən Oxu.az-a avqustun 25-də Nəsimi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı polis orqanında araşdırma aparıldığı bildirilib.
“Hadisəni törədən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, 1news.az saytı rejissorun Bakının mərkəzində 3 velosipedçi tərəfindən vurulduğunu yazıb. Bildirilib ki, hadisə avqustun 25-də axşam saatlarında Ü.Hacıbəyli adına Musiqi Akademiyasının yaxınlığındakı avtobus dayanacağında baş verib. Hadisə nəticəsində Elvinin qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.
- Sabiq nazirin evi 5-ci dəfə hərracda - Yenə ucuzlaşdı
- Bakıda möhtəşəm gecə - “Qarabağ” sevindirir+Fotolar
- Xəbərdarlıq: "28 May" stansiyasının I çıxışında...
- Hərbçilərə bu məlumatları vermək qadağandır! - Video
- Sürücülərin nəzərinə: Bu yol bağlanacaq!
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi