Taliban hərəkatı MMA-nı (qarışıq döyüş sənəti) İslam qanunlarına sığmayan idman növü adlandırıb və Əfqanıstanda qadağan edib.
BUTA.TV xəbər verir ki, Talibanın İdman və Bədən Tərbiyəsi İdarəsinin sözçüsü Atel Meşvani bildirib ki, məsələ ilə bağlı qərar verildikdən sonra ölkədə MMA yarışları keçirilməyəcək.
“Artıq bu idman növü ilə bağlı dini fikirlər var idi və araşdırmanın nəticəsi belə oldu ki, açıq döyüşə icazə verilməsin. MMA şəriət qanunları baxımından problemlidir və İslam təlimləri ilə ziddiyyət təşkil edir”, - deyə bildirilib.
Taliban hərakatının rəsmiləri MMA-nın çox zorakı və ölüm təhlükəsinin olduğunu qeyd ediblər.
- Zəngəzur layihəsini 3-4 il ərzində reallaşdıracağıq - Uraloğlu
- Kəlbəcərli Ayan ABŞ-da təsirli çıxışı ilə yadda qaldı - Video
- Sahibə Qafarova Vatikanda
- Prezidentin Avropa Zirvəsi: Bakı-Brüssel xəttində yeni mərhələ
- Azərbaycan Ordusunda psixoloqlarla görüş keçirildi
- İrəvan və Bakı arasında sülh müqaviləsi... – Arakçı
- Bu, İlham Əliyevin yüksələn nüfuzunun göstəricisidir
- Yeniyetmə bu “stili” ilə “məni sevin” deyirsə… - Psixoloq