Azərbaycan parataekvondoçusu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
BUTA.TV xəbər verir ki, K44 kateqoriyası üzrə 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenxamı sınağa çəkib.
Rəqibinə 12:3 hesabı ilə qalib gələn S.Zeynalov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Bununla da Azərbaycan Paris Paralimpiadasında ilk medalını əldə edib.
Qeyd edək ki, yarışa sentyabrın 8-də yekun vurulacaq.
- Xəbərdarlıq: "28 May" stansiyasının I çıxışında...
- Hərbçilərə bu məlumatları vermək qadağandır! - Video
- Sürücülərin nəzərinə: Bu yol bağlanacaq!
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto