Bu payız Azərbaycanla sülh müqaviləsinin imzalanmasından başqa hər şeyi gözləmək olar.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni polittexnoloq Karen Köçəryan çıxış edib.
Onun sözlərinə görə, hazırda əsas mübarizə Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə kuratorluğa, eləcə də Zəngəzur dəhlizinə nəzarət üzərində gedir:
“Bu koridor təkcə Türkiyə və Azərbaycan üçün deyil, həm də Rusiya, Qərb və hətta Çin üçün də önəmlidir. Ona görə də danışıqların gələcəyə saxlanması ilə bağlı deyilənlər diplomatik blefdir”.
Köçəryan deyib ki, hazırda bölgədə iki nəhəng yol proyekti var və hər ikisi də Azərbaycanı öz tərkibinə alır. O, Azərbaycanın həm Şimal-Cənub, həm də Şərq-Qərb layihəsində özünə yeganə effektiv yer edən ölkə olduğunu bildirib.
- Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama
- Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu
- Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi
- Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq
- Bakının üç rayonunda qaz təchizatı dayandırılır
- Azərbaycan və Niderland arasında mühüm müzakirə
- FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
- Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya