Dünən Brüsseldə keçirilən görüşdə Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə zərbə endirməsinə icazə verilməsi müzakirə edilərkən Macarıstanın xarici işlər naziri Peter Siyarto və AB-nin baş diplomatı Jozep Borrell arasında dava olub.
BUTA.TV xəbər verir ki, bu barədə "Politiko" məlumat yayıb.
"Borrell AB nazirlərini buna icazə verməyə çağırıb. Onu Fransa, İsveç, Latviya, Niderland və Polşa dəstəkləyib. Macarıstan və Slovakiya buna qarşı çıxıb.
Həmçinin bu qapalı iclasda Macarıstan Rusiya və Belarus vətəndaşlarını aylarla Şengen zonasında qalmağa imkan verən proqrama daxil etdiyi üçün Litva və Almaniya tərəfindən tənqid edilib",- məlumatda deyilir.
- Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi
- Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq
- Bakının üç rayonunda qaz təchizatı dayandırılır
- Azərbaycan və Niderland arasında mühüm müzakirə
- FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
- Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya
- Mirzoyan Rubionun müavini ilə görüşdü
- İdmançımız qəzaya düşdü - Anbaan video