Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə keçirilən tədbirdə deyib.
O, bayram münasibətilə Prezident İlham Əliyevin təbriklərini çatdırıb.
Nazir qeyd edib ki, ordu quruculuğu sahəsində bu gün ardıcıl birgə tədbirlər keçirilir:
"Bu tədbirlər davam edəcək. Birgə fəaliyyətimiz bölgədə sülh və sabitliyin qorunmasına xidmət edir. 44 günlük müharibə dövründə Azərbaycan xalqı Türkiyənin dəstəyini tam hiss edib".
Nazir vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir. O xatırladıb ki, Vətən müharibəsi başlayan ilk gündən Azərbaycan xalqı Türkiyənin haqq işimizə dəstəyini hiss etdi:
“Həmin dövrdə Türkiyənin siyasi və mənəvi dəstəyi iki ölkə arasında birliyin nümunəsidir. Hazırda Azərbaycan Türkiyə əlaqələri Şuşa Bəyannaməsinə əsasən, müttəfiqlik münasibətlərinə söykənir. İki ölkə orduları arasında qarşılıqlı etibar birliyimizi möhkəmləndirir. Bölgədə sülh və sabitliyin qorunmasına, xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Tətbiq olunan yeni texnologiyalar ordumuzun əməliyyat imkanlarını artırıb".
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Qaz istehlakçıları üçün yeni qaydalar təsdiqləndi
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq