Azərbaycan Premyer Liqasında V turun növbəti oyunu keçirilib.
BUTA.TV xəbər verir ki, “Araz-Naxçıvan” səfərdə “Sumqayıt”la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 56-cı dəqiqə Miço Kuzmanoviç vurub.
“Araz-Naxçıvan” qələbə sayəsində hazırda 7 xalla turnir cədvəlində üçüncü yerə yüksəlib. “Sumqayıt” isə 6 xalla altıncı pilləyə enib.
Günün ilk oyununda “Turan Tovuz” “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura sentyabrın 1-də yekun vurulacaq.
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Qaz istehlakçıları üçün yeni qaydalar təsdiqləndi
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq