Silahlı Qüvvələr Türk xalqının qürurudur, Türkiyənin bütövlüyünün və birliyinin qarantıdır. Ordumuz dünyanın ən güclü orduları sırasındadır.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə Milli Müdafiə Universitetinin nəzdindəki Quru Qüvvələri Ali Hərbi Məktəbində çıxış edərək bildirib.
“Düşmənlərin fitnələrinə baxmayaraq, ordumuz güclənməkdə davam edir. Suriya, İraq, Liviya və Somalidəki uğurlu missiyalar bunu sübut edir”, - deyə Ərdoğan vurğulayıb.
Ərdoğan deyib ki, məqsədlərdən geri çəkilmək Türkiyəyə qarşı ciddi təhdidlərin formalaşmasına gətirib çıxaracaq:
“Belə bir mürəkkəb regionda müstəqil və güclü siyasət heç də hər bir ölkənin öhdəsindən gələ biləcək iş deyil. Bölgədəki prosesləri görməmək özümüzü aldatmaq deməkdir”.
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Qaz istehlakçıları üçün yeni qaydalar təsdiqləndi
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq