Xəzər sahilindəki çimərliklərin acınacaqlı vəziyyəti ilə bağlı həyəcan təbili çalınır.
BUTA.TV xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova öz sosial şəbəkə hesabında paylaşım edib.
"Bir həftə əvvəl də toplamışdıq bu yerləri. Təəssüf, çox təəssüf, yenə də nə qədər torba doldurduq kimlərinsə hara gəldi atdığı zibillərlə. İstirahət etdikdən sonra tullantıları dəniz sahilində atıb gedənlər baxıb utanacaqlarmı, görəsən?
Bir az, azacıq məsuliyyət hissi olsa, bəlkə, sürücü içdiyi suyun qabını yola atmaz, dondurma yeyən böyük-balaca onun kağızını yerə atmaz, istirahətə gələn yediyini-içdiyini yerə atmaz... Atmaz da, atmaz, amma atırıq ki, atırıq. Əfsus…
Tullantıları ətrafa atmamağı adətə çevirməliyik. Hamımız", - deyə qurum rəsmisi paylaşımında qeyd edib.
- Bakının üç rayonunda qaz təchizatı dayandırılır
- Azərbaycan və Niderland arasında mühüm müzakirə
- FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
- Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya
- Mirzoyan Rubionun müavini ilə görüşdü
- İdmançımız qəzaya düşdü - Anbaan video
- Qazaxda mina partlayışı: xəsarət alan var
- ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir