Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin oğlu Orxan Əliyev keçmiş həyat yoldaşı Rada Musayevadan aliment tələb edir.
BUTA.TV xəbər verir ki, bu barədə Gününsəsi.info-ya Rada Musayeva məlumat verib. O bildirib ki, Orxanla ayrıldıqdan sonra ilk övladını onun əlindən alıb:
“Uşağı dünyaya gətirəndən təxminən 1 ay sonra əlimdən aldılar. Şantajlar, hədə-qorxular məni susmağa vadar etdi. Biz Litvada yaşayırdıq. Sonrakı müddət ərzində barışmışdıq. Birgə olduğumuz dövrdə Orxan mənimlə yaşasa da, uşağı dayədə saxladırdı. Biz barışandan sonra ikinci övladımız dünyaya gəldi. Sonradan yenə də Orxanla yollarımız ayrıldı. İndi isə məlum olub ki, Yasamal Rayon Məhkəməsi vasitəsilə məndən aliment tələb edilib və məhkəmə bunu qəbul edib. Atasının nüfuzu, əlaqələri vasitəsi ilə Yasamal Rayon İcra şöbəsi apellyasiya şikayəti verməyimə belə möhlət qoymadı. Halbuki, apellyasiyanın qərarından sonra hökm qanuni qüvvəyə minir. Necə ola bilər ki, Yasamal Məhkəməsi qərar verir, ardınca Rasim adlı icraçı mənə hədə formasında zəng edərək, 7200 manat gətirməyimi tələb edir. Üstəlik, mənə 500 manat da cərimə yazılıb. Mən hara gedirəmsə, Aydın Əliyevin adı çəkilir. Uşağımı əlimdən alıblar, evimə buraxmırlar, üstəlik də aliment tələb edirlər. Mən ədliyyə nazirindən xahiş edirəm ki, Yasamal İcra Şöbəsinin bu qanunsuz hərəkətlərini araşdırsın”.
Rada Musayeva əlavə edib ki, ikinci övladı 8 yaşına çatsa da Orxan Əliyev ona heç bir maddi dəstək göstərməyib:
“Uşağın adına mənzil alınıb. Amma mən bu gün kirayədə yaşayıram. Təsəvvür edin ki, bu vəziyyətdə ölkədəki mövqelərindən istifadə edib məndən pul tələb edirlər. Bu nə dərəcədə qanunauyğundur? Övladına sahib çıxmayan ata, onu böyüdən ananı hər cür formada əzir. Bu hökmü çıxaran hakim də vicdansız adamdır. Ona sual vermədi ki, axı, sənin digər övladını da bu qadın böyüdür, sən ondan necə pul tələb edə bilərsən. İkinci övladımı çətinliklə böyüdürəm. Qeyd edim ki, məndən ayrılandan sonra ailə həyatı da qurmuşdu. Lakin ikinci evliliyi də uzun çəkmədi. Sonra mənimlə barışmışdı”.
Rada Musayeva ədliyyə nazirindən üzləşdiyi bu durumun araşdırılmasını xahiş edir:
“Bacım Aydın Əliyevə zəng edib, oğlundan şikayət etmişdi. Təəssüf ki, bu adam oğluna haqq qazandırdı. Sözün bitdiyi yerdəyik. Hər yerdə tanışları var. Zənglər edirlər, pul verirlər. İndi qorxuram ki, ikinci övladımı da əlimdən alsınlar. Aidiyyatı qurumlardan xahiş edirəm ki, məni bu vəziyyətdən çıxarsınlar. Orxan Əliyev hər gün məni təhdid, şantaj edir. Kiçik övladım mənimlə yaşayır, amma onun adına olan mənzilə girə bilmirəm. Qapının açarlarını dəyişib. Hədə-qorxu gəlir ki, evə getsən, özündən küs. Mənə deyir ki, üzünə kislota tökəcəm. Açığı mən çox qorxuram. Sabah başıma bir hadisə gələrsə, bunu Orxan təşkil edəcək. Həyatıma görə çox narahatam”.
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video