Paytaxtın Sabunçu rayonunda narkopritonda silahlı insident olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, sentyabrın 4-də saat 21 radələrində paytaxtın Sabunçu rayonunda polis əməkdaşları tərəfindən evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirilib.
Əməliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.
Müəyyən edilib ki, narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məmmədov Akif Zakir oğludur.
Hadisə yerindən 2 kiloqram müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
- Gənclər psixoloqlara üz tutur: “uşaqlıq travması” nədir?
- Azərbaycanda Sİ məktəblərdə tədris olunacaq?
- Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı - Video
- “Yaponiya İslam Respublikası tərəfindən 111 raket buraxılıb” - Video
- İranda hava limanı vuruldu - Ölən var
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək