Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin keçmiş gəlini Rada Musayeva həyat yoldaşı olmuş Orxan Əliyevin ondan aliment tələb etdiyini iddia edib.
Ədliyyə Nazirliyindən BUTA.TV-a Bakı şəhəri Səbail Rayon Məhkəməsində 26.07.2024-cü il tarixli qətnamə qəbul ediliyi bildirilib.
“Bakı şəhəri Səbail Rayon Məhkəməsinin mülki iş üzrə 26.07.2024-cü il tarixli qətnaməsinə əsasən Rada Musayevadan Əliyev Orxan Aydın oğlunun xeyrinə azyaşlı uşağın saxlanılması üçün 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək 3 illik müddət üçün cəmi 7.200 manat məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilib. Qətnamə ilə bağlı icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilib. Vərəqədə nəzərdə tutulan məbləğin ödənilməsi borclu Rada Çingiz qızı Musayevadan tələb edilib, lakin borc ödənilməyib. İcra vərəqəsində nəzərdə tutulan məbləğ borclu tərəfindən ödənilmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2024-cü il tarixli qərarı ilə Rada Çingiz qızı Musayeva Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat miqdarında inzibati qaydada cərimə edilib”.
- Azərbaycan hərbi qulluqçuları Qarsda təlimdə - Foto
- Putini danışıqlara cəlb etməliyik - Rutte
- İranın hərbi gəmiləri Azərbaycanda… - Foto
- Şirkətlər "YeloBank"-dakı pullarını geri çəkdilər
- Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
- Mehdiyevin xaricə uzanan ƏLİ: ORDU-ya milyardlar gedir...
- Korrupsiyanı anladıq; bəs, vətənə xəyanət nədir?
- Ramiz Mehdiyevin Rusiyadan aldığı medallar