Təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik.
BUTA.TV xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis görüşün ağır keçdiyini söyləyib:
"Oyuna yaxşı başladıq. Şansımız oldu, təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik. Sonra müdafiə sisteminə keçdik. İsveç güclü komandadır. Uşaqlar müdafiədə yaxşı oynadı. İmkan tapanda dərhal hücuma keçirlər. Təəssüf ki, penaltidən yararlana bilmədik. İkinci hissəyə yaxşı başladıq. Yenə də hücumları uğurla sonlandıra bilmədik. Komandanın hücum xəttindən kifayət qədər razıyam. Qol vurmağa cəhd edirdilər. Müdafiədən isə 50 faiz razıyıq. Oyunun təşkilində problemlər vardı".
Mütəxəssis qapıçı Mehdi Cənnətovun çıxışı haqda da fikirlərini bölüşüb:
"Qapıçıdan razıyam, bir çox hallarda komandanı qoldan xilas etdi".
Qeyd edək ki, Azərbaycan - İsveç matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video
- 1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video
- Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto
- İlham Əliyev Özbəkistana dəvət edildi
- Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...
- Ermənistanda Türk dilinin tədrisi... - Andreasyan
- Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər
- Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemi dəyişdi