Xəbər verdiyimiz kimi, Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyev fəaliyyətindəki çoxsaylı qanunsuzluqlara görə məhkəmə sistemindən kənarlaşdırılıb.
BUTA.TV xəbər verir ki, Fərid Mübariz oğlu Əmirəliyev 1984-cü ildə anadan olub. 2018-ci il 21 dekabrda Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib.
F.Əmirəliyev ən səs-küylü proseslərlə bağlı qərarların müəllifidir. Belə ki, millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdində ittiham olunan İlkin Süleymanovu 2023-cü il 5 aprel tarixində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddələrilə həbsə göndərib.
“Xural” qəzetinin sahibi Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 2022-ci il sentyabrın 10-dan 11-nə keçən gecə istintaq müddətində 4 aylıq həbs qətim imkan tədbirini F.Əmirəliyev seçib.
20 avqust 2020-ci ildə Kürdəmir rayon icra başçısının müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində istintaqın təqdimatına da F.Əmirəliyev baxıb və iddianı təmin edib.
24 avqust 2020-ci ildə isə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində həbs qərarı çıxarıb.
İddialara görə, F.Əmirəliyev DİN-in sabiq rəhbəri Ramil Usubovun məşhur sürücüsü kimi tanınan Saşanın kürəkənidir.
Daha bir iddiada isə onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində material olduğu bildirilmişdi.
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir