Türkiyədə geyim tərzi ilə diqqət çəkərək məşhurlaşan müəllim Fidan Atalay saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ankara Baş Prokurorluğu Atalayın “fidannatalay” adlı İnstaqram hesabında yayımladığı paylaşımları Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan “ədəbsiz məzmun” cinayəti çərçivəsində qiymətləndirilib və bu ittihama əsasən saxlanılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Fidan Atalay əvvəllər təhsil sahəsində fəaliyyəti ilə tanınıb. Sonradan müəllimlik fəaliyyətindən uzaqlaşaraq sosial mediaya yönəlib və ödənişli abunəçilər üçün xüsusi məzmunlar paylaşmağa başlayıb.
- 1648-ci gün: Rusiyanın itkiləri yeniləndi
- ABŞ diplomatları Yaxın Şərqə qayıdır
- Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı
- Qalmaqallı Fidan müəllim saxlanıldı
- “Binamızın divarlarını dağıdırlar, həyatımız təhlükədədir” - Fotolar
- Hava limanı və Prezident Sarayına hücum: ölənlər var - Video
- Nepalda ölənlərin sayı 600-ü keçdi
- Qərb orduları Ukrayna hərbçilərindən dərs alır - Molde