“Alik Media”nın təsisçisi Arsen Xaratyan sentyabrın 17-də səhər saatlarından Tiflis hava limanında Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
“Xaratyan 5 saatdır nəzarət altındadır, heç kim ona heç nə izah etmir. Ona hətta telefondan da istifadə etmək qadağan edilib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, iki həftə əvvəl Xaratyan Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisi tərəfindən ona ölkəyə girişinə qadağa qoyulması barədə məlumatlandırılıb. Lakin 2 saat sonra icazə verilib. Eyni zamanda, Daxili İşlər Nazirliyinin sərhəd polisi ona yalnız “Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş digər hallar”ın yazıldığı bir qərar təqdim edib və söhbətin nədən getdiyi barədə heç nə deyilməyib.
Xaratyan özü açıqlamasında deyib ki, Gürcüstana girişinə qadağa qoyulma səbəbini bilmir və indiyədək belə bir hal yaşanmayıb.
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar
- Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli qətl
- Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Video