Fransa şirkətlərinin Ukraynada pilotsuz uçuş aparatları və texnika üçün istehsal etdiyi avadanlıqların bir hissəsi Ermənistana ayrılır.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, istehsalın tam 30 faizi Ermənistan üçün nəzərdə tutulub.
Mənbə onu xüsusi qeyd edib ki, artıq ilk yüklərin göndərilməsi də həyata keçirilib.
Məlumata görə, bu ilin yayından Fransanın üç müdafiə sənayesi şirkəti pilotsuz uçan aparatlarının komponentləri və müxtəlif texnikaların, o cümlədən zirehli texnikaların ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlığa başlayıb.
Birbaşa Fransa Müdafiə Nazirliyinin nəzarətində həyata keçirilən layihənin məqsədi Ukraynaya Rusiya ilə münaqişədə dəstək olmaq kimi açıqlansa da, daha sonra Ermənistan üçün də silah təminatına başlanılıb.
Layihədə iştirak edən şirkətlərə tank istehsalçısı KNDS - fransız Nexter və alman Krauss-Maffei-Wegmann tərəfindən yaradılmış holdinq strukturu daxildir.
Qeyd edək ki, Fransa artıq Ermənistana “Sezar” özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilər, “Bastion” zirehli maşınları və digər hərbi təyinatlı məhsullar tədarük edir.
- 1918-ci ildə Bakını işğaldan azad edən Ənvər və Nuru Paşanı...
- Hakan Fidandan Zəfər Günü ilə bağlı paylaşım
- Ərdoğan Bakıdakı hərbi paraddan görüntülər paylaşdı
- Türkiyənin F-16 qırıcıları da Bakı səmasında
- "Bayraqdar Akıncı" PUA-sı Bakı səmasında
- Bakıdakı hərbi paradda JF-17 qırıcıları nümayiş olundu
- Ərdoğan Bülənd Bakilərin Qarabağla bağlı şeirini səsləndirdi
- Bu döyüş sursatları ilk dəfə nümayiş etdirildi