Dağıstan Respublikasının rəhbəri Sergey Melikov müğənni Sara Şora (Yasəmən) Dağıstan Respublikasının xalq artisti adının verilməsi haqqında fərman imzalayıb.
Kult.az Publika.az-a istinadən xəbər verir ki, Jasmin Dağıstan Respublikasının Dərbənd şəhərində anadan olub. 1999-cu ildə musiqi karyerasına "It Happens" mahnısı ilə başlayıb. 2009-cu ildə müğənni Dağıstanın əməkdar artisti , 2014-cü ildə isə Rusiyanın əməkdar artisti adına layiq görülüb.
Jasmin doqquz "Qızıl Qramafon" mükafatının qalibidir.
Jasmin 1997-ci ildə 2006-cı ildə boşandığı iş adamı Vyaçeslav Semenduevdən ilk övladı Mixaili dünyaya gətirib. Sənətçi ictimaiyyət qarşısında keçmiş ərini məişət zorakılığında ittiham edərək, onu müdafiə etməyi xahiş edib.
“Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib? – FOTOLAR
2011-ci ildə sənətçi milyonçu İlan Şorla evlənib, cütlük iki uşaq böyüdür: 12 yaşlı qızı Marqarita və 7 yaşlı oğlu Miron. Müğənni və iş adamı müxtəlif ölkələrdə yaşayır: Jasmin Rusiyada, Şor isə İsraildədir .
- Zakir Həsənov Ərdoğanla tədbirdə - Foto
- Təyyarə qəzası: Baş prokuror mühüm məlumatı açıqladı
- Rusiya qısa zamanda Bakıya bu məlumatı verməsə... - Baş prokuror
- Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi... - Kreml
- Kremlin Azərbaycandan tələbi: Bundan gülünc bəhanə ola bilməzdi!
- Generalların saxlanıldığı həbsxanaya yeni - Rəis təyin edildi
- Azərbaycandan İrana hücum? - Pezeşkian rədd etdi
- Rus milyarderlər Türkiyəyə “qaçır” – Səbəb