Rus alim darmadağın etdi: Bütün dahilərimiz türkdür!

09:02 - 18 Sentyabr 2024 - GÜNDƏM

 Rus alim darmadağın etdi: Bütün dahilərimiz türkdür!

Rusiyanın bütün aristokratiyası türkdür.

Kult.az xəbər verir ki, bunu rusiyalı tarixçi, ictimai xadim Dmitri Çernışevski (Savromat) Yutub kanalında çıxışında deyib.

“Rus çarı İvan Qroznının atası III Vasilinin ilk arvadı Solomoniya Saburova, Yelena Qlinskaya, İrina Qodunova, Marfa Praksina - hamısı türk əsillidirlər. Aleksey Mixayloviç Romanovun arvadı, I Pyotrun anası Narışkina da Böyük Çöldəndir, tatar qızıdır. Daha sonra, tanınmış rus boyar knyazları soyadları – Qarşin, Tatarin, Rastopçinlər, Qalitsınlər, Karamzin tatardır. Böyük rus alimi Mendeleyev tatar qarışığı olan yəhudidir. “Mendel” yəhudi soyadıdır, orada rus kökləri yoxdur, yalnız Böyük Çöl var”, - Çernışevski bildirib.

Rusiyalı tarixçi məşhur rus alimlərin də köklərinin türk olduğunu bildirib:

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

“Meçnikov, Pavlov, Miçurin, Timiryazev... Bilirsiniz “Timiryazev” sözünün mənası nədir? Onun ulu babası Timir Qaciyev olub, Böyük Çöldən. Qoqol da ukraynalı olsa da, kazak tatarlarındandır. Dostayevski, Turgenyev, Derjavin, Qorki, Peşkov - hamısı Böyük Çöldəndir. Aleksandr Kuprin Tatar xanının nəslindəndir. Əlvida rus ədəbiyyatı. Tolstoyların da kökləri Böyük Çölə gedib çıxır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol