Səhər saatlarında Tayvan polisi Livanda cihazların partlaması ilə əlaqədar “Gold Apollo” peycerlərinin istehsalçısını yoxlamağa başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Tayvan mətbuatı məlumat yayıb.
Məlumata görə, polis şirkətdən peycerlərin istehsalı və məhsullarının satış yolları ilə bağlı ətraflı məlumat istəyir.
“Gold Apollo” İdarə Heyətinin sədri Syu Tsinquanın sözlərinə əsasən, peycerlər Livana “Gold Apollo” loqosundan qanuni şəkildə istifadə edən distribütor şirkəti tərəfindən aparılır: “Livanda partlayan peycerlər iki ildən az müddətdir ki, satışdadır”.
O iddia edib ki, peycerlərin bu partiyası onlar tərəfindən deyil, Livandakı fabrikdə ticarət tərəfdaşları tərəfindən istehsal olunub: “Bu satış agentinin Tayvanda nümayəndəliyi var”.
Qeyd edək ki, “Gold Apollo” 1995-ci ildə təsis edilib. Livan mətbuatının yazdığına görə, söhbət AR-924 modelindən gedir.
Xatırladaq ki, İsrailin peycerlərə kiberhücumu nəticəsində 11 nəfər ölüb, 4 min nəfər yaralanıb. Yaralananlar içərisində İranın Livandakı səfiri də var. Səfir və Hizbullahın 1500 üzvü gözündən xəsarət alıb və görmə qabiliyyətini itirib.
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar
- Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli qətl
- Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Video