8 Noyabr prospektində hərəkətə qoyulan məhdudiyyət bəzi yollarda tıxaca səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, ötən gündən başlayaraq Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib:
"Prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub. Sürücülərin çox hissəsi alternativ olaraq Heydər Əliyev və Babək prospektlərindən istifadə etdiyinə görə, bu prospketlərdə hazırda avtomobil sıxlığı müşahidə edilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi ilə əlaqəli şəkildə bu prospektlərdə sıxlığın aradan qaldırılması üçün tədbirlər görürlər."
“Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib? – FOTOLAR
- Zakir Həsənov Ərdoğanla tədbirdə - Foto
- Təyyarə qəzası: Baş prokuror mühüm məlumatı açıqladı
- Rusiya qısa zamanda Bakıya bu məlumatı verməsə... - Baş prokuror
- Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi... - Kreml
- Kremlin Azərbaycandan tələbi: Bundan gülünc bəhanə ola bilməzdi!
- Generalların saxlanıldığı həbsxanaya yeni - Rəis təyin edildi
- Azərbaycandan İrana hücum? - Pezeşkian rədd etdi
- Rus milyarderlər Türkiyəyə “qaçır” – Səbəb