Komitə məşhur sement şirkətini cərimələdi

11:36 - 18 Sentyabr 2024 - GÜNDƏM

 Komitə məşhur sement şirkətini cərimələdi

Azərbaycanda məşhur sement şirkəti olan Norm MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. Hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol