Sabah yağış yağacaq, dolu düşəcək

12:30 - 18 Sentyabr 2024 - GÜNDƏM

 Sabah yağış yağacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sentybarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Bu yağlar kəskin bahalaşdı

Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol