Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, materialda Azərbaycanın necə nümunəvi, tolerant ölkə olduğundan bəhs edilir.
Nas videonu iki bestseller müəllifi, tanınmış yazar Aija Mayrokla birgə ərsəyə gətirib. Çəkilişlər əsasən Bakı və Qubada aparılıb. Burada yəhudilərin, müsəlmanların və xristianların birlikdə firavan və sülh içində yaşadığı nümayiş etdirilir. Ölkəmizdə yerləşən məscid, sinaqoq və kilsələr göstərilir. Hətta müxtəlif din xadimlərinin bir-biri ilə isti münasibətdə olduğu diqqətə çatdırılır.
Materialın müəllifləri Azərbaycanda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin olması və onun bütün dinlərə tolerant yanaşmanın qorunmasına xidmət etməsindən təəccübləndiklərini deyirlər.
“Azərbaycan əsl birgəyaşayış ölkəsidir. Bura tarixi İpək Yolunun üzərində yerləşir. Yüz illərlə buradan müxtəlif düşüncəyə sahib insanlar keçib. Bəs onlar tolerantlığı qorumağı necə bacarıblar? Paytaxt Bakıda gözəl məscidlər, kilsələr və sinaqoqlar var. Hətta burada fərqli inanca sahib insanlar bir-biri ailə qurur, birlikdə dua edir, milli bayramları keçirirlər. Bu, Azərbaycanın inanılmaz hekayəsidir”, – müəlliflər bildirir.
Videonu təqdim edirik:
- Milli mətbuatın yaranmasından 150 il ötür
- Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu
- AZAL sərnişinlərini öldürən şəxsin - Fotosu
- Prezident "Teleqraf" Media Qrupun əməkdaşlarını təltif etdi
- Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi
- Yaqub Eyyubovun adından saxta açıqlama
- Azərbaycan XİN Banqladeşə başsağlığı verdi
- Rusiya Azərbaycandan bunu istəyir