Sentyabrın 18-də Daşkənd şəhərində Azərbaycan və Özbəkistan Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə BUTA.TV-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq-hüquq idarəsinin rəisi Bobur Azizov rəhbərlik edib.
Görüşdə, həmçinin Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Özbəkistan tərəfindən isə Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin, Məşğulluq və əmək məsələləri üzrə Nazirliyinin, Xarici Əmək Miqrasiyası Agentliyinin rəsmiləri iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanın müttəfiqi olan Özbəkistanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və ədliyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar
- Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli qətl
- Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Video
- Həmişə rekord qırırdı, indi əksi oldu - Video