Azərbaycanın Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi.
BUTA.TV xəbər verir ki, bu sözləri İkinci Şəhidlər Xiyabanında Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisi, Vətən müharibəsi iştirakçısı polkovnik Elşad Əbilov antiterror əməliyyatlarının birinci il dönümü ilə bağlı keçirilən anım mərasimində deyib.
O bildirib ki, 2023 cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Qarabağda antiterror əməliyyatları keçirib:
"Bu əməliyyatın məqsədi separatçı qüvvələri Qarabağ bölgəsindən çıxarmaq idi. Onlar 10 noyabr üçtərəfli bəyanatının müddəalarını icra etmirdilər. Bu səbəbdən də antiterror əməliyyatları keçirildi. Biz şəhidlərin xatirəsini yad edir, onları hörmətlə anırıq. Müdafiə naziri Zakir Həsənov adından şəhidlərin yaxınlarına baş sağlığı veriririk."
- İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
- Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili
- Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video
- Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video
- Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari: Yaxın günlərdə…
- Gizlətmirəm, İlham Əliyevlə bunu müzakirə etdik - Paşinyan
- “İsgəndər” qəlpələri Azərbaycan səfirliyinin binasına düşdü
- Azərbaycan üçün bunu etməyə hazırıq! - Paşinyan