Ötən gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla noyabrda “iş və istirahət günlərinin ardıcıllığı” təmin edilib.
Yəni: 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Bayraq Günüdür; 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün 11 noyabr da qanunvericiliyə görə qeyri-iş günü olur. Əslində burada məsələ tamamlanmalıdır, çünki həftənin 5-ci günündən 2-cü gününə qədər - 8, 9, 10 və 11 noyabr tarixlərində qeyri-iş günlərinin ardıcıllığı avtomatik təmin edilmişdi.
Ancaq baş nazir belə qərara gəlib ki, ardıcıllıq davam etməlidir, ona görə də həmin həftənin və növbəti həftənin şənbə günlərini – başqa sözlə, 16 və 23 noyabr tarixlərini 12-13 noyabr iş günləri ilə dəyişib və 6 günlük qeyri-iş günü formalaşdırıb.
Maraqlıdır: bu 6 günlük istirahəti təşkil etmək üçün niyə o biri həftənin şənbə günü – 23 noyabr 13 noyabrla əvəzlənir? Axı 17 noyabr bazar günü yerində qalır! İllah ki əvəzlənmə lazım idi, daha niyə digər həftənin şənbə günü 10 gün əvvələ gətirilməli, əvəzində 3 gün sonrakı bazar yerində dayanmalıdır? Elə 17 noyabr bazarını 13 noyabr iş günü ilə dəyişmək olmazdımı?
Aydındır ki, COP29 12 noyabr tarixində başlayır və miqyaslı, böyük tədbir olacaq, bütün dünya liderləri Bakıya gələcək, ölkəmizin adı-sanıdır və Azərbaycan üçün misilsiz tarixi şansdır. Həmin günlər üçün tətil elan etmək doğru olmazdımı? Necə ki, orta məktəblər noyabrın 7-dən 25-nə qədər tətilə buraxılıb və ali məktəblər məsafədən təhsilə keçib. Və yaxud həmin günlərdə dövlət və özəl müəssisələrdə işçilərin 20-30%-nin işə getməsi, 70-80 faizinin məsafədən işləməsi təmin edilə bilərdi və yainki nəsə bunabənzər tədbirlərlə şəhərin 100 min qonağı olacağını nəzərə alıb, nəqliyyat yükünü həll etmək üçün nəsə düşünmək olardı.
Amma NK ilk dəfə olaraq tamamilə fərqli və gözlənilməz qərar verdi – şənbələrin dəyişdirilməsi ilə.
Əgər COP-a görə tətil əvəzinə qeyri-iş günləri formalaşdırılırsa, NK 17-24 noyabr “bazarları”nı 16-23 noyabr şənbələrindən ayırmadan, bütövlükdə gətirə və 8 günlük qeyri-iş günü yarada bilərdi – bu zaman daha məntiqli olmazdımı?
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi