Bakıda şirkətlərin birində icraçı direktor vəzifəsində çalışan şəxs saxlanılıb.
BUTA.TV-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Cavid Vəliyevin (ad-soyad şərtidir) saxlanılmasına səbəb sevgilisini hədələməsi olub.
Belə ki, icraçı direktor vəzifəsində çalışan şəxs Ş.U. ilə 13 ildir qeyri-rəsmi münasibətdə olub. Amma qadın ondan ayrılmaq istəyib.
Təxminən bir il əvvəl qadın Cavidə ayrılmaq istədiyini deyib. Bu səbəbdən onun yaşadığı ünvana gedərək, Ş.U-nu döyərək xəsarət yetirib. Lakin qadın onu bağışlayıb və münasibətləri yenidən bərpa edilib.
Bir neçə gün əvvəl Ş.U. təqsirləndirilən şəxslə telefonla danışarkən yenidən ondan ayrılmaq istədiyini bildirib. Cavid Vəliyev zərərçəkmiş qadını hədələyib. Bu səbəbdən o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə şikayət edib.
C.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmə iş adamını 50 manat cərimə edib.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın