Müğənnilərin davası əndazəni aşdı: “Pis videolarımı paylaşırlar” - VİDEO

15:44 - 24 Sentyabr 2024 - GÜNDƏM

 Müğənnilərin davası əndazəni aşdı: “Pis videolarımı paylaşırlar” - VİDEO

Tanınmış teleaparıcı Zaur Baxşəliyev də müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu qalmaqalına aydınlıq gətirməyə çalışıb. 

BUTA.TV xəbər verir ki, aparıcı “Bizimləsən” verilişinə xarici ölkədə olan Vəfa Şərifovanı bağlayıb. O, ifaçıya qalmaqalla bağlı müxtəlif suallar verib. V.Şərifova haqsızlıqla üzləşdiyini deyib və kövrəlib:  “O mahnını mən almışam deyəndə dedim ki, sübut göstərsinlər, amma heç bir sübut göstərə bilmədilər. Dedim əgər məndən öncə mahnını almısınızsa, sübut göstərin və mən halallıq verəcəm və oxumayacam. 

Amma onlar mahnını acıq verə-verə paylaşdılar. Mən də düşündüm ki, axı mən bu mahnını almışam, pul vermişəm, haqqları məndədir və mən də oxudum. 

Bizim Şəbnəm Tovuzlu ilə əvvəlcədən problemlərimiz var idi. Məsələnin bəlkə də bu yerə gəlməyinə səbəb odur. 

Bu xəbər hal-hazırda çox oxunur
AYNA bu problemi niyə həll edə bilmir? 

Mahnını müəllif hüquqları ilə bərabər almışdım. Mən mahnını Şəbnəmin kanalından da sildirə bilərdim, amma etmədim. 

Mən artıq günlərdir pis vəziyyətdəyəm, problemlər səngimək bilmir, getdikcə daha da böyüyür. Qanunsuz şəkildə trenddə olan mahnım silindi. Mən buna susa bilmədim. Mənim işçimi də qaçırdıblar. İşçimə mahnımı “Youtube”dan sildiriblər. Hüquq-mühafizə orqanları artıq bu məsələ ilə məşğul olur. İnanıram ki, ədalət öz yerini tapacaq. Düşünürəm ki, təzyiq əsnasında işçimə mahnını sildiriblər”. 

Vəfa Şərifova “İnstagram” hesabının oğurlanması barədə də danışıb: 

“Bu qalmaqal gedən vaxtda “TikTok”da üstünə pis şərhlər yazılmış videolarım paylaşılırdı. Biz Moskvadaydıq, Azərbaycandan yaxınlar atırdılar ki, filan videonu paylaşıblar. Mənim işçimə də “İnstagram”dan belə bir link gəlib ki, Vəfa xanımın pis videosunu paylaşıblar, işçim də o linkə kliklədikdə artıq “İnstagram” hesabım oğurlandı. 

İlk başda mən də düşündüm ki, bunu Şəbnəm Tovuzlu etdirib, amma sonra o, balasının canına and içdi ki, o etməyib. Mən də bir anayam və bu məsələdə Şəbnəm xanıma inanıram, o etməyib. Kimlərsə bəlkə də ona jest etmək üçün bunu edib”. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol