Rusiya Yəmən husilərinə P-800 “Oniks” (Yaxont) səsdən sürətli gəmi əleyhinə raketlərin verilməsi ilə bağlı gizli danışıqlar aparır.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Rusiya hələ ki, raketlərin ötürülməsi ilə bağlı yekun qərar verməyib, lakin danışıqlar davam edir.
Bildirilib ki, Rusiya nümayəndələri ilə husilər arasında danışıqlar İranın vasitəçiliyi ilə aparılır və Tehranda artıq iki dəfə görüş keçirilib. Növbəti həftələrdə əlavə danışıqlar gözlənilir.
İddiaya görə, bu raketlər Qırmızı dənizdə təhlükəni artıra və ABŞ, Avropa və onun bölgədəki hərbi gəmilərini ciddi təhlükə altına qoya bilər.
Qeyd edək ki, “Yaxont” raketləri 300 km məsafədəki hədəfləri məhv etmçək qabiliyyətinə malikdir.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video