Tərtər Rayon İcra Hakimiyyəti yolların təmir olunması ilə bağlı tenderə yekun vurub.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "Koneks Construction" MMC seçilib.
Artıq şirkətlə İcra Hakimiyyəti arasında satınalma müqaviləsi imzalanıb. Müqavilənin maliyyə dəyəri 430 108,47 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Mehdi Məhəmmədəli oğlu Fərzəliyevdir.
Şirkət dövlət satınalmalarında fəal iştirak edir və daha çox yerli icra hakimiyyətlərinin keçiridyi tenderlərin qalibi olur.
"Koneks Construction" MMC-nin geyimlə bağlı tenderlərin qalibi seçilməsi şirkət haqqında müəyyən şübhələrə səbəb olub. Medianın yazdığına görə, şirkət tender əməliyyatlarında iştirak üçün yaradılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovdur. O, 2014-cü ildən rayona rəhbərlik edir. Müstəqim Məmmədovun icra başçısı kimi karyerası isə 2012-ci ildən başlayır. O, həmin il Yevlax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Müstəqim Məmmədov mətbuatda ən çox tənqid edilən icra başçılarındandır.
- Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır
- Trampın Azərbaycana göndərdiyi məktubda bu sözlər diqqət çəkdi
- "Baku Energy Forum"u başladı
- OPEK+ hasilatı artırır: Bakı üçün ciddi risk yarandı
- Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
- Ceyhun Bayramov Keniyaya yola düşdü
- Qərbi Azərbaycan yaradıla bilər - Krılov
- Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib? – Sensasiya