Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb.
“BUTA.TV” xəbər verir ki, hadisə Tərtər şəhərində yerləşən beşmərtəbəli binaların birində baş verib. 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.

- Bu şəxslər hərbi xidmətdən azaddır!
- Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...
- Deputatın qızı şikayətləndi: Atamla bağlı müraciətim...
- Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur
- Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?
- Ermənistan-Azərbaycan sərhədində yanğın
- Prezidentin yeni başçılara 3 tapşırığı: hansı əməl etməsə...
- Zəngəzur dəhlizinin tikintisi nə vaxt başlayacaq? - Paşinyan