AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadə 2 yaşlı qızının Səbail rayonu ərazisində yerləşən “Candy Kids” adlı özəl uşaq bağçasında dünyasını dəyişməsindən danışıb.
“BUTA.TV” xəbər verir ki, o, “Qaynarinfo”ya açıqlamasında hadisə barədə bunları deyib: “Özüm də tam anlaya bilmirəm ki, nə baş verib. Mənə hələ indi çatır ki, körpəm vəfat edib. Deyirlər, uşaq anadangəlmə ürəkqüsurlu olub. Ekspertizanın cavablarını araşdırmağa çalışıram. Amma uşaq anadan olandan 3 gün sonra çek-up, dopler etdirmişəm. Dabandan iliyinə qədər analizlər götüzdürmüşəm. Üç ay əvvəl öskürürdü. Həkim müayinəsi etdirdim. Heç bir qüsur çıxmadı. Anlaya bilmirəm, nə məsələdir”.
H.Əsədzadə övladının yıxılması ilə bağlı deyilənlərə də münasibət bildirib: “Yıxılıb, amma xəsarət yoxdur. Özündən gedərək yerə yıxılıb. Daha sonra ağlamağa başlayıb. Uşağı ayağa qaldırıblar. Anlaya bilmirəm... Görüntülərə də baxa bilmirəm”.
Həmid Əsədzadə bildirib ki, uşağın nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinədən keçirilib: “Anası razı deyildi, amma dedim ki, uşaq müayinə olunsun. Cavabları tam 15 gündən sonra çıxacaq. Övladım 3-4 ay idi ki, sözügedən bağçaya gedirdi. Anası ilə eyni yerdə çalışdığımız üçün bağça bizim işimizə daha yaxın idi. Gün ərzində kamera ilə də izləyirdik.
“Candy Kids” uşaq bağçasını ər-arvad işlədir. Onları dərindən tanımıram. Hadisə baş verəndən sonra uşağı poliklinikaya (xəstəxanaya) bağçanın aşpazı çatdırıb. Dünən soruşdum ki, bəs uşağın müəllimi harada olub? Dedilər ki, rayona gedib. Uşaqlara aşpaz baxırmış. Buna çox əsəbiləşdim. Xəstəxanaya bağçadan heç kim gəlməyib. Bu məni çox əsəbiləşdirdi. Dedim ki, bəlkə siz nəsə bilirsiniz, gəlin deyin. Bağça rəhbərliyi cavab olaraq dedi ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına izahat verirmişlər. Onlar daha sonra məscidə gəldi”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir