Futbol üzrə Azərbaycan Premyer Liqasının VIIl turunda "Qarabağ" "Sabah"ı məğlub edib.
BUTA.TV xəbər verir ki, Ağdam təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
"Köhlən atlar"ın heyətində 6-cı dəqiqədə Toral Bayramov, 8-ci dəqiqədə Nəriman Axundzadə, 17-ci dəqiqədə Kevin Medina fərqlənib. "Bayquşlar"ın qollarını 45+1-ci dəqiqədə Coy-Lens Mikels, 51-ci dəqiqədə Pavol Şafranko vurublar.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. Paytaxt klubu 14 xalla 5-ci sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Şamaxı" evdə "Turan Tovuz"la heç-heçə edib - 2:2. Turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Səbail"i 3:2, "Zirə" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 1:1.
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü
- Sabah Bakının bu ərazisində qaz olmayacaq
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı
- FHN-dən çimərliklərə gedənlərə müraciət!