Ermənistanın Milli Qəhrəmanı, Ermənistan Dövlət Milli Akademik Xorunun bədii rəhbəri və baş dirijoru Hovhannes (Ovannes) Çekicyanın erməni mediasına etirafları diqqət çəkib.
BUTA.TV xəbər verir ki, o, İrəvana gəldiyi vaxtlarda pəncərələrdən yalnız “Bakı musiqisi”nin (Azərbaycan musiqisi) eşidildiyi haqda dediyi fikirləri bir daha təsdiqləyib.
Jurnalistin bu yöndən sualına Çekicyan belə cavab verib:
“Bəli, bu danılmaz faktdır. İndi yaxşıdır. Tədricən insanlar başa düşürlər ki, bu, onun musiqisi deyil. Amma təəssüf ki, bu musiqinin yerini indi bayağılıq tutdu ki, bu da bizi sevindirmir”.
Çekicyan İkinci Qarabağ savaşı və antiterror əməliyyatları haqda danışmaqda imtina edib. Həmçinin jurnalistin “Bakı ilə sülh və harmoniyada yaşamaq mümkündürmü” sualına “məni siyasətə qatmayın” deyə cavab verib.
Qeyd edək ki, Hovhannes (Ovannes) Çeçiçyan 1929-cu ildə İstanbulda anadan olub. İstanbul Konservatoriyasında və Parisdə “Ecole Normale de Musique”də musiqi təhsili alıb. O, bir müddət İstanbul Dövlət Operasında orkestr dirijoru olub. 1961-ci ildə Ermənistana köçüb və musiqi karyerasını Dövlət Musiqi Akademiyasında davam etdirib. 1975-ci ildən İrəvan Qomidas Dövlət Konservatoriyasında dərs deyir.
2017-ci ildə Ermənistan prezidenti ona “Milli Qəhrəman” adı verib.
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi