Ukraynanın Qərb tərəfdaşları əvvəlcə Rusiya üzərində hərbi qələbənin mümkünlüyünə inanmağa hazır deyildilər. Bunu hərbi yardımın verilməsində sistematik gecikmələr və onun istifadəsinə qoyulan məhdudiyyətləri izah edir.
BUTA.TV xəbər verr ki, bunu “Atlantik” ictimai-siyasi jurnalının əməkdaşı, ekspert Enn Applebaum bildirib.
"Bu müharibə başlayandan bəri biz (Qərb - red.) təsəvvür edə bilmirdik ki, ukraynalılar Rusiyanı məğlub edə bilərlər və buna görə də məhz bunu etməyə çalışanlara kömək etməyə çalışmadıq”, - məqalədə vurğulanıb.
Applebaum qeyd edib ki, Qərbin Ukraynaya kömək etmək üçün çoxlu yolları var: məsələn, Ukrayna fabriklərində pul çatışmazlığı səbəbindən yalnız qismən yüklənən silahların istehsalını maliyyələşdirmək:
"Amerikalılar və avropalılar diqqəti qələbəyə yönəltmək əvəzinə, hələ çox uzaqda olan "sehirli" danışıqlar yolu ilə həll arzusunda olmağa davam edirlər. Bir çox insan, bəziləri səmimi, bəziləri isə pis niyyətlə, sülh sazişi üçün torpaq tələb etməyə davam edir".
- ABŞ çox sayda bombardmançı təyyarə sifariş verdi
- Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
- Bu gün Azərbaycanda Konstitusiya Günüdür
- Qəzaya düşən təyyarə heyəti ilə bağlı acı xəbər
- Paraddan sonra təyyarənin qəzaya uğraması...
- Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT
- Türkiyə MMN: Qəzanın səbəbi bundan sonra bilinəcək
- Qəzaya uğrayan Türkiyə təyyarəsinin özəllikləri nələrdir?