Son 3 gündə məktəblilər tərəfindən 4 qanlı cinayət törədilib. Məktəblilər əvvəlcə mübahisə edir, daha sonra məsələyə bıçaqlanmaya qədər gəlib çıxır.
Geniş müzakirələrə səbəb olan cinayətlər haqda cəmiyyətdə müxtəlif fikirlər dolaşır. Sosial şəbəkələrdə səsləndirilən iddialardan biri də meyxanaçı Rəşad Dağlı hadisəsinin də baş verənlərə təsirsiz ötüşmədiyi ilə bağlıdır. Bəziləri iddia edir ki, meyxanaçının xalqa az qala qəhrəman kimi təqdim olunması bu kimi faciəvi nəticələrə gətirib çıxardı. Bəs bu fikirlər doğrudurmu? Bu tip hadisələr insan psixologiyasına, cinayətlərin artmasına səbəb ola bilərmi?
Məsələ ilə bağlı BUTA.TV-a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, Rəşad Dağlının törətdiyi cinayəti məktəblilərin aqressiyası ilə bağlamaq doğru deyil:
“10-11 sinif şagirdlərinin yaşı yeniyetməliyin pik nöqtəsidir, bu yaşlarda artıq şəxsiyyətin ikiləşməsi baş verir. Bu gün bir çox valideyn yaşından asılı olmaraq, uşaqlarına deyir ki, “gücün çatmasa, daşı götür, vur başına, narahat olma”. Valideynlər övladlarını psixi xüsusiyyətlərinin inkişafı dövründə, xarakterin tamamilə oturuşmamış vaxtında xaotik və nizamsız hərəkətlər öyrədirlər. Bu cür yetişən uşaq yeniyetməlik dövründə çətin tərbiyə olunan uşaqdırsa, kriminal şəxsiyyətə çevrilir.
Rəşad Dağlının törətdiyi cinayətdən 2 ilə yaxın vaxt keçib, bu gün yeniyetmələrin kriminal şəxsiyyət kimi yetişməsini meyxanaçının üzərinə yıxa bilmərik. Rəşad Dağlını qəhrəman edən müəyyən kütlənin kimlər olduğunu, hansı yaş kateqoriyasına aid olduğunu gördük. Söz ustadının öz övladını sosial şəbəkələrdən bir az izləmək belə kifayət edir ki, onun necə tərbiyəli olduğunu, necə böyüdüyünü görək. Cinayətlərin səbəbi kimi Rəşadı göstərmək düzgün deyil”.
Psixoloq qeyd edib ki, yeniyetməlik dövründə valideynlər daha diqqətli olmalı, övladları ilə davamlı söhbətlər etməlidirlər:
“Yeniyetmələrin çətin tərbiyə olunduğu dövrdə onlarla mütəmadi söhbətlərin aparılmaması bunlara səbəb olur. Həmin yeniyetmələrin ailədə hansı vəziyyətdə böyüdüklərini bilmədən kimisə günahlandırmaq olmaz.
Mən yeniyetmələri müşahidə etmək üçün bəzən məktəblərin qarşısında dayanıram. Oradan çıxan hər qrup uşağa baxanda dərhal bilmək olur ki, onlardan hansı çətin tərbiyə olunan, kriminal şəxsiyyətə malik uşaqlardır. Övladlarımızla söhbət etməliyik. Onların sosial şəbəkə paylaşımlarına baxmaq belə çox şeyi anlamağa kömək edəcək. Bununla yeniyetmələrin nəyə daha çox meyilli olduğunu bilmək olur”.
- Bakı-Sumqayıt qatarında niyə yubanma olub? - Səbəb
- "Azercell" və Cüdo Federasiyası “İlin markası” seçildi - Foto
- Ölkə ərazisində 111 min 111 ağac əkildi - Foto
- Qarabağda son bir həftədə nə qədər mina tapılıb?
- Balasanyan və dəstəsi belə diz çökdürülüb - Video
- Xəzər dənizi kiçilir, Qafqazda şirin su... - Babayev
- Güclü külək əsəcək – Sarı xəbərdarlıq
- Sabiq nazirin oğluna yüksək vəzifə verildi