Kərimli Konqresi dəstəklədi: Arqumentlərinə baxın…

13:36 - 7 Oktyabr 2024 - GÜNDƏM

 Kərimli Konqresi dəstəklədi: Arqumentlərinə baxın…

Öncə Cəmil Həsənli, daha sonra isə Əli Kərimli hərəkətə keçdi. Sonuncu yazır: “ABŞ-ın 60-a yaxın konqresmen və senatorunun Azərbaycan hakimiyyətindən 300 nəfərdən artıq siyasi məhbusun hamısını COP29 ərəfəsində azad etmək çağırışı Azərbaycandakı rejimi çox həyəcanlandırıb. Necə həyəcanlanıblarsa, reallıq hissini itirərək ABŞ-ı sanksiya ilə hədələməyə başlayıblar”. Konqresmenlər Azərbaycandakı siyasi məhbuslara azadlıqmı tələb edir?

BUTA.TV xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli AXCP sədri Əli Kərimlinin ABŞ Konqresinin 60-a yaxın üzvünün Azərbaycana qarşı müraciət imzalamasını dəstəkləyən bəyanatı haqda qeyd edib.

E.Həsənli bildirib ki, konqresmenlər Azərbaycandakı siyasi məhbusların deyil, Qarabağ separatçı-terrorçularının rəhbərlərinin və əlində silah Azərbaycana qarşı döyüşmüş cinayətkarların azad edilməsini tələb edir:

“Əli Kərimli konqresmenlərə dəstək üçün yazılmış bəyanatında son dərəcə önəmli olan bu məsələnin üzərindən məqsədli şəkildə sükutla keçir...

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

Ümumiyyətlə, ABŞ konqresmenləri Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı doğrudanmı narahatdırlar? Xatırladıram: Azərbaycanın 20 faiz torpağı 30 il ərzində erməni işğalı altında olub. Amerikanın siyasi elitası belə toplu halda Ermənistana heç olmasa 1 dəfə müraciət edərək deyibmi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərindən çıxmalısınız! Belə bir şey mənim yadıma gəlmir. O da yadımdadır ki, Prezident Elçibəy dönəmində, özü də erməni işğalının vüsət aldığı bir vaxtda həmin bu yaramaz konqresmenlər Azərbaycana qarşı bədnam 907-ci düzəlişi tətbiq edib. Özü də erməni lobbisinin sifarişi ilə. Yəni pulunu alıb, erməninin xeyrinə qərar verib. Bu düzəlişin müəlliflərindən biri də Co Baydendir. Məhz o, prezident olandan, yəni 2001-ci ildən 22 ildir dondurulan 907-ci düzəliş yenidən qüvvəyə mindi”.

Jurnalistin vurğulayıb ki, Əli Kərimli “Amerika konqresmenlərinin haqlı olaraq Azərbaycanı Ermənistanla sülh müqaviləsi bağlamağa çağırdığını” xatırladaraq, guya Azərbaycanın marağına uyğun olan bu sazişi İlham Əliyevin Vladimir Putinə görə imzalamadığını iddia edir:

“Yəni Ermənistan sülh istəyir, Putinin "fitvasına" gedən İlham Əliyev isə müharibəyə can atır. Ermənistan sülh istəyirmi? İstəyir. Azərbaycan sülh istəyirmi? İstəyir. Bəs sülh müqaviləsi niyə bağlanmır? Çünki Ermənistan Qərbin marağını ehtiva edən öz şərtləri daxilində sülh istəyir. O şərtin daxilində Zəngəzur dəhlizi varmı? Yoxdur.

Bəs İlham Əliyev nə deyir? Deyir ki, Zəngəzur “olmazsa-olmaz” məsələsidir. Zəngilandan Naxçıvana gedən Azərbaycan vətəndaşı maneəsiz Ermənistan ərazisində hər iki istiqamətə gedib-gəlməlidir. Əli Kərimli bunu niyə istəməsin ki? Yəni Azərbaycanın istədiyi sülh sazişində bu məsələ xüsusi çəkiyə malikdir. Mən hələ Ermənistan konstitusiyasında olan Azərbaycan və Türkiyəyə torpaq tələblərindən danışmıram.

Azərbaycan-Rusiya münasibətlərində bir önəmli məqam da var: İlham Əliyev Vladimir Putinlə anlaşa bilməsəydi, Qarabağı geri ala bilərdimi? Qətiyyən mümkün deyildi. Bu anlaşma olmasaydı, Rusiya öz qoşunlarını Qarabağdan vaxtından əvvəl çıxarardımı? Təbii ki, yox. Ən azı bunlara görə İlham Əliyev Putinlə dil tapmalı idi. O da bunu bacardı və buna görə İlham Əliyevə təşəkkür etmək lazımdır. Siz isə Rusiya ilə isti münasibətlərə görə İlham Əliyevi ittiham edirsiniz. İstəyirsiniz ki, Azərbaycan da Ermənistan kimi Qərbə tərəf üz tutsun. Bəli, Ermənistan deyir ki, Qərbə doğru gedirəm. Ancaq o da faktdır ki, son illərdə Ermənistanın Rusiyadan iqtisadi asılılığı kəskin şəkildə artıb. Yəni “gedirəm, gedirəm” deməklə deyil, bunun iqtisadi əsasları da olmalıdır...”

E.Həsənli AXCP sədrinin “digər arqumentinə” də toxunub:

“Əli Kərimli yazır: “Bizdən nəinki ABŞ, heç Ermənistan özü də Qarabağı istəmir. O söhbət Azərbaycan hakimiyyətindən başqa hamı üçün bitib”. Bəli, bu söhbət xeyli səngiyib. Ancaq bitibmi? Bitməyib. Erməni lobbisinin pul buraxdığı noyabrda keçiriləcək prezident seçkisində Demokrat Partiyasının namizədi olan Kamala Harris demədimi ki, “Dağlıq Qarabağ erməniləri” Qarabağa qayıtmalıdır, Azərbaycan bu qayıdışa təminat verməlidir?! ABŞ mediası da təkidlə 120 min erməninin zor gücünə Qarabağdan qovulmasından yazır.

Konqresmenlərin müraciətinə dəstək verən Əli Kərimli niyə demir ki, məhz Amerika sülh müqaviləsinin imzalanmasına imkan vermir? Çünki Amerika Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir. Azərbaycanın İran üzərindən Zəngəzur dəhlizinə paralel yol çəkməsini də Amerika süngü ilə qarşılayır. Deməli, Amerika Ermənistanın Azərbaycana Rusiyanın nəzarətində olacaq Zəngəzur dəhlizini vermək istəmir, o biri yandan da İrandan paralel yolun keçməsinə qarşı çıxır. Milli maraqlardan gen-bol danışan Əli Kərimli niyə ABŞ-ın yeritdiyi bu antiazərbaycan siyasətinə etiraz etmir...”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol