Ötən gün Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Şağlaser kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, ağır bədən xəsarətləri alan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov hadisə yerində həlak olub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onların müalicəsi davam edir.
Qəza zamanı dünyasını dəyişən Amil Sadıqov ailənin tək övladı olub. O, gələn ilin yanvar ayında hərbi xidmətə yola düşəcəkmiş.
- İlk elektrikləşdirilmiş dəmir yolu xətti: 100 il ötdü - Video
- Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...
- Ürək tutmasından öldü, qəzaya səbəb oldu
- Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir?
- Avtovağzalın yanında avtobus yandı - Video
- AZAL-ın cari il üçün əsas prioritetlərindən biri... - Məmmədov
- Sabah 37 dərəcə isti olacaq
- ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!