İsrailin İrana ehtimal olunan hücumunda Britaniya ordusunun Təl-Əvivə dəstək verməsi istisna edilmir, ancaq istənilən əməliyyat qərarı danışıqlar əsasında həllini tapacaq.
BUTA.TV xəbər verir ki, bunu Britaniya Nazirlər Kabinetinin üzvü Piter Kayl deyib.
“Baş nazir son bir neçə gün ərzində Britaniya rəsmiləri Co Bayden, Emmanuel Makron və Olaf Şults da daxil olmaqla, müttəfiqləri ilə danışıqlar aparıblar və İsrailin təmkin nümayiş etdirməsi ilə bağlı birgə tövsiyələr verilib”, - o bildirib.
Kayl deyib ki, bu tövsiyələrə baxmayaraq, İsrail müstəqil dövlətdir və Britaniya hökuməti nə edəcəyi barədə Təl-Əvivə heç nə deyə bilməz.
- İlk elektrikləşdirilmiş dəmir yolu xətti: 100 il ötdü - Video
- Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...
- Ürək tutmasından öldü, qəzaya səbəb oldu
- Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir?
- Avtovağzalın yanında avtobus yandı - Video
- AZAL-ın cari il üçün əsas prioritetlərindən biri... - Məmmədov
- Sabah 37 dərəcə isti olacaq
- ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!