10:26
İsrail ötən il 7 oktyabrda HƏMAS-ın hücumu ilə başlayan müharibənin ildönümündə hesabat yayıb.
BUTA.TV xəbər verir ki, hesabatda 1 il ərzində 40 000-dən çox hədəfə zərbə endirildiyi, 4 700 tunel və 1 000 raket buraxılış qurğusunun məhv edildiyi bildirilib.
Paralel olaraq Livanda 4900 hədəfin havada, 6000-ə yaxın hədəfin isə yerdə vurulduğu, Hizbullahın 800-dən çox üzvünün öldürüldüyü elan edilib.
Məlumatda vurğulanıb ki, İordan çayının qərb sahilində və İordaniya vadisində 5000-dən çox fələstinli şübhəli həbs edilib, Qəzzada səkkiz fələstinli briqada komandiri, 30-a yaxın batalyon və 165 tağım komandiri zərərsizləşdirilib.
İsrail həmçinin HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah da daxil olmaqla, HƏMAS və Hizbullahın rəhbərliyində təmsil olunanların əksəriyyətini aradan götürüb.
İsrailə isə il ərzində 26 mindən çox mərmi, raket və PUA buraxılışı qeydə alıb: onlardan 13,2 mini Qəzza zolağından, 12,4 mini isə Livandan atılıb.
İrandan 400-ə yaxın, Yəməndən 180, Suriyadan isə 60-a yaxın hava hücum vasitələri buraxılıb.
- İlk elektrikləşdirilmiş dəmir yolu xətti: 100 il ötdü - Video
- Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...
- Ürək tutmasından öldü, qəzaya səbəb oldu
- Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir?
- Avtovağzalın yanında avtobus yandı - Video
- AZAL-ın cari il üçün əsas prioritetlərindən biri... - Məmmədov
- Sabah 37 dərəcə isti olacaq
- ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!