Putinin “Ölüm taciri” husilərə silah satır

13:38 - 7 Oktyabr 2024 - GÜNDƏM

 Putinin “Ölüm taciri” husilərə silah satır

“Ölüm taciri” adı ilə məşhur olan rusiyalı silah baronu Viktor But Rusiyanın husilərə silah satışında vasitəçi olur.

BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” silah baronuna həsr etdiyi məqaləsində bildirib.

Məlumata görə, husilər bu ilin avqustunda 10 milyon dollarlıq silah alqı-satqısı ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər zamanı Butla görüşüblər:

“Butun vasitəçi kimi çıxış etdiyi atıcı silahların satışı ilə bağlı müqavilə pestisidlər və avtomobil almaq bəhanəsi ilə Moskvaya gələn və “Lada” zavodunu ziyarət edən husilərin iki nümayəndəsi ilə bağlanıb. İlk iki partiya əsasən təkmilləşdirilmiş AK-74 avtomatlarından ibarət olacaq. Lakin səfər zamanı Husi rəsmiləri Rusiyanın sata biləcəyi digər silahları, o cümlədən “Kornet” tank əleyhinə raketləri və zenit silahlarını da müzakirə ediblər. Tədarüklər oktyabrda başlaya bilər. Silahlar Rusiyanın taxıl tədarük etdiyi Hudeyda limanına taxıl tədarükü adı altında çatdırılacaq”.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

Nəşr mənbələrə istinadla yazıb ki, danışıqların Kremlin göstərişi ilə aparılıb-aparılmadığı məlum deyil.

Qeyd edək ki, Viktor But 2008-ci ildə Tailandda ABŞ xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində ələ keçirilmişdi. Rusiyalı ABŞ vətəndaşlarına qarşı sui-qəsd hazırlamaqda və terrora maddi dəstək verməkdə ittiham edilirdi. ABŞ Federal Məhkəməsi onu 25 il müddətinə azadlıqdan məhrum etmişdi.

2022-ci ilin dekabrında Viktor But Rusiyada həbsdə yatan amerikalı basketbolçu Britni Qraynerdə dəyişdirildi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol