Dini tolerantlıq Azərbaycanın əsas xüsusiyyətidir və etnik mənşəyindən və dinindən asılı olmayaraq bütün azərbaycanlıların qürur mənbəyidir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov yazıçı-tarixçi Karlo Marinoya müsahibəsində deyib.
"Azərbaycan həm Şərq, həm də Qərb tərəfindən zəruri mədəniyyətlərarası və dinlərarası dialoq və qarşılıqlı fəaliyyət üçün təbii platforma kimi tanınır. Bakı artıq mədəniyyətlər və dinlər arasında dialoqun təşviqi və inkişafına yönəlmiş sammitlər, qlobal forumlar və konfranslar kimi mühüm tədbirlərin keçirilməsi üçün aparıcı beynəlxalq platformalardan birinə çevrilib", - deyə E.Əmirbəyov bildirib.
Onun sözlərinə görə, bu aspekt Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın möhkəmlənməsinə kömək edir və digər dövlətlər üçün nümunə ola bilər:
"Onilliklər ərzində Azərbaycan ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsi olan dünya mədəni və dini irsinin qorunub saxlanmasına yönəlmiş xeyriyyə layihələri ilə fəal şəkildə məşğul olur. Bu, həm də Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dərin etimadı və qarşılıqlı hörməti nümayiş etdirir".
- Paşinyan Əliyevlə son görüşündən danışdı
- Putin Trampa başqa seçim qoymadı: 50 gündə nələr olacaq?
- Emin rus aparıcıları onlarla əvəzlədi
- Paşinyan: Bu, Bakı ilə müzakirə masasındadır
- İrəvan-Bakı-Moskva formatı işləmir, çünki inanmırıq
- Berdiməhəmmədovun qızı da Bakıdadır: Leyla Əliyeva ilə görüşdü
- Nikol Zəngəzuru gizli müzakirəyə çıxardı: 3 ölkəyə səfər...
- Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur