Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu Nəriman Nərimanov prospektində yerləşən "VMF Continental” mağazasından dəyəri 330 min manat olan bir ədəd "Breguet” markalı qol saatı oğurlanıb.
BUTA.TV xəbər verir ki, İsveçrənin məşhur saat brendlərindən olan “Breguet”nin əsası 1775-ci ildə Parisdə Abraham-Lui Breguet tərəfindən qoyulub.
Mənzil-qərargahı İsveçrədə yerləşən “Breguet” dövrümüzə qədər gəlib çatmış ən qədim saat markalarından biri olmaqla yanaşı, bu sahədə bir çox saat istehsal texnologiyalarının öncülüdür.
“Breguet”nin tanınmış müştəriləri arasında Fransa imperatoru Napoleon Bonapart, Kraliça Viktoriya, Rusiya imperatoru I Aleksandr, britaniyalı siyasətçi Uinston Çörçill, “Buqatti” şirkətinin təsisçisi Ettor Buqatti, bəstəkar Sergey Raxmaninov, pianoçu Artur Rubinşteyn kimi məşhurlar var.
Hazırda şirkətin istehsal etdiyi saatların dəyəri 8000-730 000 dollar arasında dəyişir.
Şirkətin İsveçrədə yerləşən dükanında 211 min dollara satışa çıxarılan “Classique Tourbillon Extra-Plat Squelette 5395” saatının korpusu 18 karat qızıldan hazırlanıb. Arxa qapağı sapfirdən olan saat 30 metr dərinliyə kimi suda qoruna bilir.
2012-ci ilin dekabrında Nyu Yorkda keçirilən hərracda “Breguet” markasına məxsus bir saat 6.8 milyon dollara satılıb.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...