Bakıda sıxlığa əsas səbəb – Nazirlik niyə addım atmır?

08:46 - 12 Oktyabr 2024 - GÜNDƏM

 Bakıda sıxlığa əsas səbəb – Nazirlik niyə addım atmır?

Azərbaycan təhsil müəssisələri Qərb təhsil modeli olan boloniya sisteminə 2005-ci ildən qoşulsa da, dərs saatları, tədris metodikası, imtahan formatı kimi bir çox amillər universitetlərdə bu modelin tətbiq edilmədiyini göstərir. Məsələn, qardaş Türkiyədə təhsil sistemi Avropa Kredit Transfer Sistemi (ECTS) ilə uyğunlaşdırılıb və tələbələrə boloniya prosesinə uyğun təhsil verilir. Buna əsasən də tələbələrin dərs saatları qruplar, ixtisaslar, fakültələr nəzərə alınmaqla bütün günə bölüşdürülür. Nəticə etibarilə nəinki ayrı-ayrı universitetlərdə, eyni universitetdə belə dərslər müxtəlif saatlarda başlayır və nəticədə səhər saatlarında yollarda, eyni zamanda universitetlərin özündə sıxlıq yaşanmır.

Təkcə tələbələr yox, müəllimlər də bu vəziyyətdən yararlana, başqa təhsil müəssisəsi ilə əməkdaşlıq edə bilir. Bakıda tıxac və sıxlıq problemi yaşandığı halda bu modelin niyə illərdir yerli təhsil müəssislərində tətbiq edilməməsi təəccüblüdür.

Məsələ ilə bağlı BUTA.TV-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda ali təhsil müəssisələrində dərslər əsasən səhər saat 08:00, 08:30-da başlayır.

“Ümumtəhsil məktəblərində də tədris eyni saatda başladığı üçün biz yollarda tıxaclara, ictimai nəqliyyatda isə sıxlığa şahid oluruq. Bu isə insanların yaşam şəraitinə mənfi mənada təsir göstərir. Azərbaycan ali məktəbləri Bolonya sisteminə 2005-ci ildən qoşulub. Həmin vaxt Avropa təhsil sisteminə keçidlə bağlı müəyyən qərarlar alındı. Ölkəmizdə yalnız Xəzər Universitetində dərslər tələbələrin öz seçimi əsasında qurulur. Digər universitetlərdə isə hələ ki, bu tətbiq həyata keçirilmir. Halbuki baloniya sistemində məhz belə imkanlar tələbələrə tanınır, tələbələr özləri istənilən saatı, müəllimi seçə bilirlər”, - o bildirib.

Ekspert vurğulayıb ki, bu sistemə keçməməklə insanların yaşam, hərəkət şəraitini məhdudlaşdırırıq.

Mövzu ilə əlaqədar Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol