Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə - may və oktyabr aylarının ikinci şənbə günü qeyd edilir.
BUTA.TV xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, günün əsas məqsədi köçəri quşların yay və qış aylarında köçü zamanı onların sərbəstliyi və təhlükəsizliyinin təmin olunmasına ictimaiyyətin diqqətini yönəltməkdir.
“Azərbaycan ərazisindən ən böyük miqrasiya yollarından biri keçdiyinə görə ölkəmiz həm köçəri, həm də oturaq quşlar üçün əlverişli məkandır. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə hər il milyonlarla quş köç edir. Ölkəmizdə quşların qışlama müddəti nəzərə alınaraq hər il quşların sayğısı həyata keçirilir”.
Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisindəki quşların qış sayğısının nəticəsinə əsasən 704022 fərd qеydə аlınıb. Onlardan 42%-i ölkənin şimalında, 37%-i cənubunda, 14%-i mərkəzində, 7%-i isə qərbində qеydə alınıb.
“Bu il quşların daha çox müşahidə edildiyi milli parklarımız Qızılаğаc, Abşeron, Ağgöl milli parkları, o cümlədən Ələt buxtası və Acınohur düzü olub”.
- Dramatik matçda İngiltərə 1/4 finala vəsiqə qazandı - Yenilənib
- Haaland dubl etdi, Norveç Braziliyaya qalib gəldi - Video-Yenilənib
- Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsi vuruldu, partlayış oldu - Fotolar
- "Əpl məps"də Xankəndi "Stepanakert" göstərilir
- Ronaldodan tənqidçilərinə - Sərt mesaj - Video
- Tarix yazıb qayıtdılar, bayram bayrama qarışdı - Video
- "Nokia"dan sürpriz: Zəngləri telefonunuz cavablandıracaq!
- Messi haqqında yayılan eşq iddialarına ilk dəfə cavab verdi - Foto