Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı elan olunan növbəti müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı çoxsaylı müraciətləri nəzərə alaraq, oktyabr ayının 31-i saat 23:59-dək uzadılıb.
Bu barədə BUTA.TV-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Namizədlər qeyd olunan tarixədək ərizələrini Nazirliyin rəsmi saytında "Qulluğa qəbul" bölməsində "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət" adlı hissəyə və ya bu linkə daxil olmaqla, eləcə də QR kodu skan etməklə təqdim edə bilərlər.
Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.
Test imtahanının dəqiq vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək. Qeyd edək ki, test imtahanı sənəd qəbulu bitdikdən sonra 1 aydan tez olmayaraq keçiriləcək.
Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 538-01-62, 538-08-85 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.
Məlumat üçün qeyd edək ki, müsabiqədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...