Balakəndə baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a bildirilib ki, bu gün saat 15 radələrində Balakən rayonunun İtitala kəndində 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarə etdiyi VAZ-2106 markalı avtomobil Allahverdi Osmanovun idarə etdiyi VAZ-21011-lə toqquşub.
Daha sonra isə avtomobil divara dəyib.
S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanıb.
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Qırğızıstana səfər edəcək
- Zakir Həsənov Liviyaya başsağlığı verdi
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər