Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Bakıda yağıntılı hava müşahidə olunur.
Kult.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni Nadir Qafarzadə yağış səbəbindən bina evinə suyun damdığını bildirib. O, mənzilindən görüntüləri sosial media hesabında paylaşıb.
"Bu da yağışın bizə xeyri. Bu da bizim ustalarımızın etdiyi təmir. Söymürəm, heç nə demirəm. Sağ olsunlar, evə vedrə qoymuşam. Belə şey yoxdur... Bina evində yaşayırıq. Kənd evinə şükür. 18-ci mərtəbə və hamısı damır. Yağışımız da yağış deyil. Dünya xalqlarının yağışına oxşamır, özümüz kimidir. Axı, bu yağış bina evinə niyə damsın? Ustalardı da... Sizə nə deyim? Evdə əski qalmayıb, hamısını yığmışam pəncərəyə... Əski, vedrə, ləyən..." - deyə, Nadir vurğulayıb.
- 1649-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Rusiyalı deputat nüvə silahı ilə hədələdi
- Makronun reytinqi kəskin azaldı
- Ancelina Coli Ukraynaya səfər etdi
- “Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq
- Szinpin bu türk ölkəsinə səfər etdi
- Ukraynanın məğlubiyyəti yaxınlaşır - Peskov
- Kipr sahillərində 297 sərnişinin olduğu gəmi batır